20 sentyabr 2024 11:29
71

Orta Dəhlizlə yükdaşımaları artırmaq üçün birgə işimizi daha da gücləndirəcəyik -  Ufuk Yalçın

Türkiyə Dövlət Dəmir Yollarının törəməsi - “TCDD Taşımacılık” şirkəti Orta Dəhlizdə yükdaşımaları artırmaq üçün daha çox səy göstərəcək, Azərbaycanla birgə işi daha da gücləndirəcək.

“İki sahil” xəbər verir ki, bunu şirkətin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın Bakıda keçirilən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.

"Sıx əməkdaşlıq etdiyimiz Azərbaycan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Çin və Avstriyanın dəmir yollarının dəstəyi ilə səylərimiz bütün maraqlı tərəflər üçün yaxşı nəticələr verəcək. Asiya ilə Avropa arasında körpü rolunu oynayan Türkiyənin coğrafi mövqeyinin verdiyi imkanlardan maksimum yararlanmaq və faydaları artırmaq üçün var gücümüzlə işimizi davam etdiririk", - deyə o qeyd edib.