20 noyabr 2017 20:48
935

Vergilər naziri Ağdaşda vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, bu ilin noyabrın 24-də vergilər naziri Fazil Məmmədov Ağdaş rayon vergiödəyicilərinə xidmət mərkəzində (ünvan: M.Şeyxzadə küçəsi, 3A) Ağdaş, Göyçay, Qəbələ, Oğuz və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergiödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Ağdaş, Göyçay, Qəbələ, Oğuz və İsmayıllı rayonlarından olan vətəndaşlar 9 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Xəlilov Calal Məcid oğlu, əlaqə telefonu (020-274-60-17), mobil (050-.254-49-24), 10 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Əhmədov Tale Sahib oğlu, əlaqə telefonu (024-205-05-69), (050-565-41-11), Ağdaş Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Quliyev Vüsal Mübariz oğlu, əlaqə telefonu (020-235-52-64), (050-254-49-75), İsmayıllı Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Callatov Mürvət Allahverən oğlu, əlaqə telefonu: (020-285-11-14), mobil (050-758-92-30) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.