Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şirvan şəhərində vətəndaşları qəbul edib.
"İki sahil" agentliyə istinadən xəbər verir ki, qəbulda Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin müraciət və şikayətləri dinlənilib.
Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşların şikayətlərinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.