25 sentyabr 2024 01:58
418

Finlandiya niyə pandaları vaxtından əvvəl Çinə qaytarır?

Finlandiya 2017-ci ildə Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən bağışlanan iki pandanı maliyyə çətinlikləri səbəbindən vaxtından əvvəl Çinə qaytarır. Bu barədə heyvanların saxlandığı Ehtyari zooparkının press-relizində bildirilib.

Zoopark qeyd edildiyi kimi, pandaları saxlamağa davam edə bilmir. Pandemiya və Ukrayna münaqişəsindən sonra Rusiya da daxil olmaqla müxtəlif ölkələrdən gələn turistlərin sayının azalması, o cümlədən mövcud iqtisadi şərait, inflyasiya və yüksək faiz dərəcələri zooparkı maliyyə çətinliyi ilə üzləşdirib.

"Biz pandaları geri qaytarmaqla bağlı çətinliklə də olsa qərar verə bildik”, -deyə Ehtyari zooparkının idarə heyətinin sədri Risto Sivonen bildirib.

Heyvanlar 2024-cü ilin sonuna qədər Çinə qaytarılmalıdır. Pandaların 15 illik icarə əsasında Finlandiyada olması planlaşdırılırdı.

Nubar Süleymanova, “İki sahil”