24 sentyabr 2024 23:26
391

Bayden bu avtomobillərin satışını qadağan etməyə çalışır

Bayden administrasiyası bazar ertəsi ABŞ-da əlaqəli və avtonom avtomobillərin satışına qadağa qoyulmasını təklif edib.

Milli təhlükəsizliyi və Amerika sürücülərini qorumaq məqsədi ilə Çin və Rusiya proqram və avadanlıqları ilə təchiz edilmiş maşınlar yığışdırılmalıdır”, -deyə Prezident Co Bayden bildirib.

“Tədbir təşəbbüskar, lakin kritikdir”, - ABŞ Ticarət Departamenti mikrofonlar, kameralar, GPS izləmə və “Bluetooth” texnologiyası kimi avtomobillərdəki bütün qurğuların amerikalıları rəqiblərinə qarşı daha həssas edə biləcəyini və sürücülərin ev ünvanından tutmuş uşaqlarının oxuduğu məktəblərə, olduğu yerlərə qədər şəxsi məlumatlarını potensial olaraq ifşa edə biləcəyini nəzərə alaraq bildirib.

“Ekstremal vəziyyətlərdə xarici düşmən ABŞ-da işləyən bir neçə avtomobili bağlaya və ya eyni vaxtda nəzarəti ələ keçirə, qəzalara səbəb ola və ya yolları bağlaya bilər”, -ABŞ Ticarət katibi Gina Raimondo bazar günü jurnalistlərə danışarkən deyib.

"Bu, ticarət və ya iqtisadi üstünlüklə bağlı deyil. Bu, ciddi şəkildə milli təhlükəsizlik hərəkatıdır. Müsbət olan isə budur ki, yollarımızda Çin və ya Rusiya avtomobilləri çox deyil”, -ABŞ rəsmisi qeyd edib.

Xatırladaq ki, bu açıqlamadan qısa müddət sonra Çin, firmalarına qarşı "ayrı-seçkilik hərəkətləri" etməməklə bağlı ABŞ-a xəbərdarlıq edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, ABŞ bazar prinsiplərinə hörmətlə yanaşmalı və Çin müəssisələri üçün açıq, ədalətli, şəffaf və ayrı-seçkilikdən uzaq iş mühiti təmin etməlidir.

Bayden isə Pekini ticarətdə rəqabət aparmaq əvəzinə “aldatmaqda” ittiham edib.

Nubar Süleymanova, “İki sahil”