ABŞ prezidenti Co Bayden JSOW idarə olunan aviabombalarının Kiyevə verilməsi haqqında qərar qəbul edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu haqda Ağ Ev məlumat yayıb.
“Ukraynanın uzaqmənzilli zərbə imkanlarını artırmaq üçün mən Ukraynanı uzun mənzilli hərbi sursatla (JSOW) təmin etmək qərarına gəldim”, - deyə, Baydenin bəyanatda deyilir.

Qeyd olunur ki, hava hücumundan müdafiəni daha da gücləndirmək üçün Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə batareyası da veriləcək.
Ukrayna xarici işlər naziri Kiyevə hücumdan sonra müttəfiqlərə təcili müraciət ünvanlayıb
Maka Boçorişvili: Orta Dəhliz Gürcüstanın strateji mövqeyini daha da möhkəmləndirir