Tikinti sektorunda çalışanların əməkhaqqı 800 manata yaxın olub
Cari ilin yanvar-oktyabr aylarında tikinti sektorunda işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 793,4 manat olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əməkhaqqı 901,3 manat, dövlət sektorunda isə 525,9 manat təşkil edib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində orta aylıq nominal əməkhaqqı 14,1 faiz azalıb, binaların tikintisində işləyənlərin orta aylıq nominal əməkhaqqı 5,0 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 11,1 faiz artıb.