17 noyabr 2017 13:55
655

İtaliyanın dövlət borcu 2,3 trilyon avroya çatır

İtaliyanın dövlət borcu sentyabrda avqust ayı ilə müqayisədə 4,4 milyard avro artaraq 2,283 trilyon avro təşkil edib. Avqustda ölkənin dövlət borcu əvvəlki ayla müqayisədə 21,3 milyard avro azalmışdı.

AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, İtaliya Mərkəzi Bankının məlumatına görə, sentyabrda borcun artmasına səbəb dövlət sektorunun borc vəsaitlərində tələbatın 16,5 milyard avroya çatması olub.