28 sentyabr 2024 02:26
578

İnfarktı xəbər edən 5 əlamət

Rusiyalı kardioloq Yuri Belenkov "Rusiya 1” telekanalında "Ən vacibi haqqında" sağlamlıq proqramında yaxınlaşan infarktın əlamətlərini sadalayıb. Onları bilməklə özünüzü və yaxınlarınızı xilas edə bilərsiniz.

Çox vaxt infarkt gözlənilmədən baş verir və ilk baxışdan heç bir əlamət yoxdur. Ancaq əslində onlar mövcuddur. Məsələn, Britaniya alimləri müəyyən ediblər ki, zəif əl sıxma infarkt və ya insult riskinin artması ilə əlaqələndirilə bilər.

Akademik Belenkov insanların bilməli olduğu digər mühüm əlamətləri də sadalayıb:

1. İnsan öz yaşından daha yaşlı görünür.

2. Sağ atrium sahəsindəki sinus düyünlərində qeyri-bərabər elektrik impulsları.

3. Hava çatışmazlığı, nəfəs darlığı.

4. Xüsusilə siqaret çəkənlərdə aralıq klaudikasiya deyilən hal.

5. Gecə tərləmələri

Nubar Süleymanova, “İki sahil”