28 sentyabr 2024 01:25
522

Yaponiya daha bir rekordu ilə dünyanı heyrətləndirib

Bu ölkədə 95 mindən çox yüz yaşı tamamlamış insan yaşayır

Hökumətin məlumatlarına görə, Yaponiyada 100 və ya daha yuxarı yaşlı insanların sayı rekord həddə çataraq 95000-i keçib və onların demək olar ki, 90%-i qadınlardır.

Səhiyyə Nazirliyinin bəyanatında deyilir ki, sentyabrın 1-nə Yaponiyada yüz yaşı olanların sayı 95119 nəfər olub ki, bu da illik müqayisədə 2 980 nəfər artıb. Onlardan 83958-i qadın və 11161-i kişidir.

Ölkədə müxtəlif hökumət məlumatları göstərib ki, 65 yaşdan yuxarı insanların sayı rekord həddə çataraq 36,25 milyon nəfərə çatıb ki, bu da Yaponiya əhalisinin 29,3%-ni təşkil edir.

Daxili İşlər və Rabitə Nazirliyi bildirib ki, bu nisbət Yaponiyanı regionun siyahısında birinci yerə qoyur.

ABŞ-ın gerontologiya tədqiqat qrupunun məlumatına görə, hazırda Yaponiyada dünyanın ən yaşlı insanı-23 may 1908-ci ildə anadan olan və 116 yaşı olan Tomiko İtuka yaşayır.

Əvvəlki rekordçu Maria Branyas Morera ötən ay İspaniyada 117 yaşında vəfat edib.

Nazirlik bildirib ki, İtuka Yaponiyanın qərbindəki Hyoqo prefekturasının Aşiya şəhərindəki qocalar evində yaşayır. Yaponiyanın qocalma böhranı tibbi xərcləri artırır və işçi qüvvəsini azaldır.

Yaponiyanın ən yaşlı kişisi isə 110 yaşlı Kiyotaka Mizunodur. O, yerli mediaya açıqlamasında "Uzun ömrümün sirrinin nə olduğu barədə heç bir fikrim yoxdur" deyib.

Yaponiyanın mərkəzindəki Şizuoka prefekturasının İvata şəhərində ailəsi ilə birlikdə yaşayan Mizuno hər səhər 6:30-da durur və gündə üç dəfə yemək yeyir. Onun hobbisi radioda canlı idmana, o cümlədən sumo güləşinə qulaq asmaqdır.

Yaponiya getdikcə pisləşən əhali böhranı ilə üzləşir. Çünki ölkənin genişlənən yaşlı əhalisi tibbi və rifah xərclərinin artmasına gətirib çıxarır. Bunun əvəzini ödəmək üçün isə işçi qüvvəsi azalır.

Hökumətin son məlumatlarına görə, ölkənin ümumi əhalisi əvvəlki illə müqayisədə 595 min nəfər azalıb və hazırda 124 milyon nəfərdir.

Hökumət tədbir kimi təqaüd yaşını tədricən uzadıb. 2025-ci maliyyə ilindən etibarən 65 yaş edərək, əhalisinin azalması və qocalmasını yavaşlatmağa cəhd edib.

Nubar Süleymanova, “İki sahil”