“COP29 komandası olaraq belə qısa müddətdə hazırlıqlar apararaq bu qədər öhdəlik götürmək düşünürəm ki, indiyə kimi heç zaman olmayıb”.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Kşaba Korosi deyib. O, COP 29-a sədrliyin böyük vəzifə olduğunu bildirib.
“Azərbaycanı bu cəsarətinə, ortaya qoyduğu resurslara və qətiyyətinə görə təbrik edirəm. COP 29-la bağlı Beynəlxalq Məşvərət Komitəsinə üzv kimi dəvət olunmağımdan çox məmnunam. Öhdəliyimiz böyükdür. Dünyanı iş görmək üçün son fürsətlətrimiz olduğuna, bunun üçün vəsaitin tələb olunduğuna inandırmalıyıq. Azərbaycanla işləməkdən zövq alıram. Biz COP 29-un əsas liderləri ilə iqlim dəyişikliyi idarəçiliyi, maliyyələşmə, texnologiyalar və adaptasiya sahələrində uğur hekayələrinin necə qurula biləcəyi və insanların bundan necə bəhrələnə biləcəyi ilə bağlı müzakirələr aparırıq”,- deyə macarıstanlı diplomat qeyd edib.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək