16 noyabr 2017 20:22
755

Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 6,5 faiz artıb

Doqquz ayda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 6,5 faiz artıb

Bu ilin 9 ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artıb. Hazırda Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov noyabrın 16-da Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşündə deyib.