Azərbaycanın iki boksçusu - Sərxan Əliyev və Nicat Hüseynov Bakıda boks üzrə Beynəlxalq Boks Assosiasiyasının (IBA) təşkil etdiyi Çempionlar Gecəsində görüşlərini keçiriblər.
“İki sahil” xəbər verir ki, 71 kiloqram çəki dərəcəsində mübarizə aparan S.Əliyev monqolustanlı Monx-Erdene Urançimeqə qalib gəlib. 51 kiloqramda Avropa çempionu Nicat Hüseynov isə Con Zuluetanı (Filippin) məğlub edib. Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunan yarışda dünyanın ən güclü boksçuları iştirak edirlər. Çempionlar Gecəsində üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov da (+92 kiloqram) rinqə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq.