Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev bildirib.
Aparat rəhbəri qeyd edib ki, sözügedən internet səhifəsi rahatlığı və funksionallığı, o cümlədən informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara asan cavab tapmağı ilə seçilir.
Bundan başqa, internet səhifəsində sakinlərin rahatlığı üçün yaradılan şərait, nəqliyyat infrastrukturu, mənzillərin təmiri ilə əlaqədar məlumat almaq mümkündür.
Tədbir iştirakçılarına www.yasamal.mida.az saytı təqdim olunub, bölmələr üzrə geniş məlumat verilib.