Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə Bakının COP29-a sədrliyini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
“BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha ilə görüşərək Azərbaycan-İƏT əməkdaşlıq gündəliyini müzakirə edib. Görüşdə Azərbaycanın İƏT-in fəaliyyətində fəal iştirakı yüksək qiymətləndirilib, bundan sonra da əməkdaşlığa hazır olduğu vurğulanıb. Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın COP29-a sədrliyi, iqlimin maliyyələşdirilməsi prioritetləri və bununla bağlı təşəbbüslər barədə də məlumat verib”, – mətbuat xidməti diqqətə çatdırıb.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək