16 noyabr 2017 19:22
545

Mərkəzi Bank 100 milyon manat cəlb edir

Noyabrın 20-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edir.