29 sentyabr 2024 17:53
307

Mahir Emrelinin komandası uduzub

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası bu gün səfərdə "Hannover"ə uduzub.

“İki sahil” xəbər verir ki, qarşılaşma II Bundesliqanın VII turuna təsadüf edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Nürnberq" altı oyundan sonra yeddi xalla 14-cü pillədə qərarlaşıb. Meydan sahibləri isə 13 xalla 4-cü sıradadır.