Futbol üzrə Azərbaycan Premyer Liqasınıb VIIl turunda "Qarabağ" "Sabah"ı məğlub edib.
“İki sahil” xəbər verir ki, Ağdam təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. "Köhlən atlar"ın heyətində 6-cı dəqiqədə Toral Bayramov, 8-ci dəqiqədə Nəriman Axundzadə, 17-ci dəqiqədə Kevin Medina fərqlənib. "Bayquşlar"ın qollarını 45+1-ci dəqiqədə Coy-Lens Mikels, 51-ci dəqiqədə Pavol Şafranko vurublar. Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. Paytaxt klubu 14 xalla 5-ci sıradadır.
Qeyd edək ki, günün ilk matçında "Şamaxı" evdə "Turan Tovuz"la heç-heçə edib - 2:2. Turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Səbail"i 3:2, "Zirə" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. "Neftçi" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 1:1.