"SOCAR-Polimer" layihəsinin illik ixrac gəlirləri 8 milyard dollar proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycandakı Amerika Ticarət Palatasının təşkil etdiyi işgüzar görüşdə deyib.
O bildirib ki, 2018-ci ilin birinci yarısında işə başlayacaq müəssisə ixrac potensialını artıracaq, idxaldan asılılığı azaldacaq. İstehsalın 30 faizi daxili bazarlara istiqamətləndiriləcək, 70 faizi isə xaricə ixrac ediləcək. Layihənin ümumi dəyəri 750 milyon dollar məbləğindədir.