Noyabrın 16-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 178 min 856,62 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün 1916,59 ton pambıq tədarük olunub.
Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.