İqlim dəyişikliyi ilə mübarizədə ölkələr və icmalar birgə adaptasiya tədbirləri görməlidir.
“İki sahil” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı İqlim Fəaliyyəti Həftəsində deyib.
Onun sözlərinə görə, adaptasiya tədbirləri müxtəlif formalarda həyata keçirilə bilər: "Bu, təkcə hökumətin yox, vətəndaşların, özəl sektorun da payına düşür. 2023-cü ildə Azərbaycanda temperatur anomaliyası 1.9 olub".
U.Tağıyeva bildirib ki, son on il ərzində yağıntıların azalması kənd təsərrüfatına ciddi təsir edib: "Azərbaycanda misli görünməyən sayda daşqınlarla üzləşdik. Ötən 147, bu il isə artıq 102-ni ötüb. Ölkənin üçüncü "Qırmızı Kitab"ına düşən fauna və flora növlərinin sayı artıb".
Nazir müavini vurğulayıb ki, iqlim dəyişikliyi səbəbindən Xəzər dənizinin də səviyyəsinin azalması müşahidə edilir: "Bu, mədəni, turizm və s. kimi sahələrdə ziyana səbəb olur".
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək