30 sentyabr 2024 15:10
340

Neymar məşqləri bərpa edib

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı futbolçusu Neymar məşqləri bərpa edib.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

Hücumçu komanda ilə birlikdə topla işləməsi ilə bağlı fotolar paylaşıb və meydana qayıtdığı üçün şad olduğunu yazıb.

Qeyd edək ki, "Əl-Hilal"ın heyətində cəmi 5 oyunda meydana çıxan 32 yaşlı futbolçu ötən il diz bağlarından ciddi zədə alıb və artıq 11 aydan çoxdur ki, futbol oynamır.