UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq “Qarabağ” - “Malmö” matçını izləmək üçün İsveçdən Bakıya 50-yə yaxın azarkeş gələcək.
“İki sahil” xəbər verir ki, bu barədə “Report”a “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev məlumat verib.
Klub rəsmisi "Malmö"nün Bakıya səfər planı haqqında danışıb:
“Malmö” klubu bu gün axşam Bakıya gələcək. Rəqibin mətbuat konfransı və açıq məşqi barədə artıq məlumat verilib. İsveçdən çox sayda azarkeşin gələcəyi gözlənilmir. Yəqin ki, sayları 50 nəfərə yaxın olacaq. Çünki xüsusi şəkildə bizə müraciət etməyiblər. Həmçinin iki jurnalist və öz media komandalarını gətirəcəklər”.
Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşünün stgart fiti oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda səslənəcək.