Almaniya prezidenti Frank-Valter Ştaynmayer "Borussiya" (Dortmund, Almaniya) və "Liverpul"un (İngiltərə) sabiq baş məşqçisi Yürgen Kloppu ordenlə təltif edib.
“İki sahil” xəbər verir ki, 57 yaşlı mütəxəssis Almaniya qarşısındakı xidmətlərinə görə ordenə layiq görülüb.
Qeyd edək ki, Y.Klopp Liverpul"un baş məşqçisi postunu tərk etdikdən sonra karyerasını sonlandırdığını açıqlayıb.