01 oktyabr 2024 21:39
267

Antoniu Quttereş Livanda münaqişənin kəskinləşməsindən narahatdır

BMT baş katibi Antoniu Quttereş Livanda münaqişənin kəskinləşməsindən son dərəcə narahatdır.

“İki sahil” xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik bildirib.

“Baş katib Livanda münaqişənin kəskinləşməsindən son dərəcə narahatdır. O, dərhal atəşkəsə çağırır. Livanda hərtərəfli müharibənin qarşısı nəyin bahasına olursa-olsun alınmalı, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir”, - o deyib.

Qeyd edək ki, İsrailin Hərbi Hava Qüvvələrinin sentyabrın 29-da Livanın cənubundakı Əyn Əl Delb kəndinə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 71-ə çatıb.