02 oktyabr 2024 15:24
332

"Qarabağ"ın oyunçusu zədəyə görə Avropa Liqasında "Malmö" ilə oyuna çıxmayacaq

"Qarabağ"ın müdafiəçisi Mateus Silva zədə səbəbindən Avropa Liqasının əsas mərhələsinin II turunda "Malmö" ilə oyunu buraxacaq.

“İki sahil” xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçin "Malmö" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında bildirib.

"Mateusla bağlı problem var. Yəqin ki, bir neçə oyun olmayacaq. Yankoviçə gəlincə, tam qərar verməmişik. Ümumi durumu pis deyil. Ən doğru qərarı verməyə çalışacağıq. Xüsusən də, futbolçu üçün..."