İqlim dəyişikliyi ilə mübarizə hər kəsi əhatə etməlidir.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai “Real Tv”yə müsahibəsində deyib.
"COP prosesi və iqlim dəyişikliyi ilə mübarizə təkcə dövlətlər səviyyəsində olmamalıdır, bu, bütün cəmiyyəti, hər kəsi əhatə etməlidir. Çünki iqlim dəyişikliyi hər birimizə təsir edir. Dövlətlər bu sahədə özlərinə öhdəliklər götürürsə, bu, cəmiyyətin müxtəlif sahələrinə təsir edir", - N.Arpadarai bildirib.
COP29-da biznes sektorunun iştirakından danışan N.Arpadarai iqlim maliyyələşməsi prosesinə iş adamları və sahibkarların verəcəyi töhfəni qeyd edib və onları prosesə fəal şəkildə qoşulmağa çağırıb:
"Dövlətlər hər hansı öhdəliklər götürərkən, biznes sektoru ilə dialoq aparır, sonradan bu öhdəlikləri icra etmək məhz biznesin üzərinə düşür".
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək