03 oktyabr 2024 09:32
300

Messinin komandası qalib olub

Argentina millisinin futbolçusu Lionel Messinin formasını geyindiyi "İnter Mayami" ABŞ-nin MLS liqasının qalibi olub.

“İki sahil” xəbər verir ki,  bu, səfərdə "Kolumbus Kryu" ilə görüşdən sonra reallaşıb. 37 yaşlı hücumçunun komandası turnir cədvəlində ən yaxın izləyicisini 3:2 hesabı ilə məğlub edib. Messi dubla imza atıbsa, digər qolun müəllifi Luis Suares olub. "Kolumbus Kryu"dan Dieqo Rossi və Kuço Ernandes fərqlənib. Bu qələbədən sonra xallarının sayını 68-ə çatdıran "İnter Mayami" mövsümün bitməsinə 2 tur qalmış ABŞ çempionu olub.

Qeyd edək ki, bu, argentinalı ulduzun karyerasında 46-cı tituldur.