03 oktyabr 2024 10:07
425

Türkiyə Təhlükəsizlik Şurasında İranın İsrailə raket zərbələri müzakirə olunacaq

Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, toplantının əsas mövzularından biri Yaxın Şərqdəki durum olacaq.

Müharibənin Livan ərazisinə keçməsi və İranın İsrailə raket zərbələri, həmçinin Türkiyənin mövqeyi iclasda geniş müzakirə olunacaq.

Bundan başqa, toplantıda digər regional məsələlər barədə də fikir mübadiləsi aparılacaq.