2017-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına 8920 müraciət daxil olub ki, onların da 89,9 faizi ərizə, 10 faizi şikayət, 0,1 faizi təklifdir.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, müraciətlərin 38 faizi müxtəlif arayışların alınması, 34,3 faizi kameral vergi yoxlamaları, 9,5 faizi vergi borcları, 2,6 faizi vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, qalanları isə digər məsələlərlə bağlı olub.
Bütün müraciətlərə vaxtında baxılıb, onların 76,6 faizi müsbət həll olunub.
Bundan əlavə, ay ərzində vergi orqanlarında ümumilikdə 502 vətəndaş qəbul edilib, onlara qanunvericilik çərçivəsində lazımi kömək göstərilib və ya müvafiq izahatlar verilib.