Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, orta və ali məktəblərdə ekoloji şüur formalaşdırılmalıdır: "İnsan kapitalının ali təhsildə vacib rolunu nəzərə alsaq, iqlim maarifləndirməsində ali təhsilin trayektoriyasını genişləndirmək vacibdir".
F.Qurbanov bildirib ki, bu həftə təhsil müəssisələrində "Yaşıl həftə" elan olunub: "Seminarlarla şagirdlərdə və tələbələrdə mədəniyyətin formalaşdırılmasına çalışırıq".
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək