Bu ilin noyabrınadək iqlim dəyişiklikləri ilə bağlı universitetlərin xüsusi şəbəkəsi yaradılacaq.
“İki sahil” xəbər verir ki, bunu ADA Universitetinin prorektoru, deputat Fariz İsmayılzadə oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O, məsələnin hələ təklif formasında olduğunu bildirib: "Biz bu gün keçirilən "İqlim dəyişikliyi üzrə Azərbaycan universitetləri şəbəkəsi" adlı müzakirəyə, demək olar, sadəcə ağ vərəqlə gəlmişik. Müzakirələrin nəticəsi olaraq, şəbəkənin yaradılması istiqamətində konkret addımlar noyabr ayına qədər müəyyənləşdirilə bilər".
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək