15 noyabr 2017 18:11
789

Rəşt-Astara dəmir yolunun tikintisinə gələn il başlanılacaq

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə gələn il başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan tərəfi artıq İrana 500 milyon dollar məbləğində kredit ayırıb və kredit sazişi hər iki ölkə tərəfindən imzalanıb.