Tekirdağın (Türkiyə) Çerkezköy rayonunda tekstil fabrikində yanğın baş verib.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, 3 saat sonra yanğın böyük ölçüdə nəzarət altına alınsa da, 4-cü saatda favrik yenidən alovlanıb. Yanğında alov metrlərlə yüksəlsə də, yanğınsöndürənlər onu söndürmək üçün ciddi səy göstəriblər.
Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Danimarkanın Baş nazirinin miqrasiya ilə bağlı açıqlamaları Avropa Parlamentində fikir ayrılığına səbəb olub
İrakli Kobaxidze: Azərbaycanla danışıqlar nəticəsində iqtisadi təhlükəsizliyimizlə bağlı ən vacib razılaşmalara nail olduq