05 oktyabr 2024 20:50
138

Azərbaycanı sanksiya ilə hədələyənlər qanlı və ləkəli tarixlərinə baxsınlar - AÇIQLAMA

Azər Badamov: Azərbaycanla danışqlarda sülh müqaviəsindən danışan ABŞ Dövlət Departamentinin Dövlət katibi sanksiyalarla bağlı məktublar hazırlayır.  Bu qədər riyakarlıq olarmı? 

Qərbin Azərbaycana qarşı riyakar siyasəti davam etməkdədir. Bu riyakar siysət torpaqlarımız işğal altında olduğu 30 ildə Azərbaycanı  erməni işğalı ilə barışdırmağına hesablanmışdısa, bu gün isə torpaqlarımızda aparılan yenidən qurma və bərpa işlərinin həzm edə bilməsindədir.  Bəli, torpaqlarımız işğal altında olduğu illərdə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı nə ABŞ, nə də Fransa danışmaq belə istəmirdi. Onalar Azərbaycanı işğalla barışdırmağa və alçaldıcı sülh bağlamağa çalışırdı. Dövlət başçımız isə açıq şəkildə işğalla heç vaxt barışamyacağımızı bəyan edirdi. Həm də dövlət başçımız bütün tribunalardan qeyd edirdi ki, danışqlar yolu ilə münaqişə tənzimlənməzsə torpaqlarımızı müharibə yiolu ilə azad edəcəyik. Amma onlar isə münaqişənin hərb yolu ilə həllinin olmadığını bildirirdilər.  Halbuki BMT TŞ-nın 4 qətnaməsi icra olunmalı idi və Minsk qrupunun işi elə bu idi.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Ermənistan işğal altında saxladıqları ərazilərimizdəki bütün maddi-mədəni irsimizi viran qoymasını  Qərbin gözü qarşısında baş veririrdi. Amma bizi alçaldılcı sülhə dəvət edənlər ermənilərə güldən ağır bir söz demədilər. İndi isə Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir. O cümlədən işğaldan azad etdiyimiz  əraziləri yenidən qurub, bərpa edirik və keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qayıdırlar. Amma torpaqlarımız işğal altında olduğu dövürdə bizi işğalla barışdırmaq istəyənlər öz suverən ərazilərimizdə aparılan quruculuq işlərimizi həzm edə bilmirlər. Onlar suverənləyimizin bərpasını həzm edə bilmirlər və Azərbaycan öz gücü ilə suverənliyini niyə  bərpa etdiyini düşünürlər. Ona görə də Ermənistanı sürətlə silahlandırılar, ABŞ da Azərbaycana sanksiyalar tətbiq etmək planları üzərində işləyirlər. Hətta Azərbaycanla danışqlarda sülh müqaviəsindən danışan ABŞ Departamentinin Dövlət katibi sanksiyalarla bağlı məktublar hazırlayır.  Bu riyakarlığın və ikiüzlülüyün son həddidir. Yəni, beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyndən danışanlar Azərbaycana gələndə bu məsələləri unudurlar və  ölkəmizə təzyiq göstərərək cinayətkar Ermənistana haqq qazandırmağa çalışırlar.

Azər Badamov vurğulayıb ki, ABŞ özü istəyəndə sanksiyalar tətbiq və ya ləğv edir. Məsələn 1992-ci ildə Azərbaycana sanksiyalar tətbiq etdikləri halda ABŞ Əfqanıstana daxil olanda Azərbaycanla əməkdaşlıq lazım olduğuna görə sanksiyaları dayandırmlşdılar. İndi isə ərazilərimiz bərpa olunduğuna görə bizə sanksiyalar tətbiq etməyə çalışırlar. Hətta Ukraynanı ərazi bütövlüyünün bərpası üçün silahlarla təmin edir və hər cürə yardımlar göstərilir. Amma Azərbaycanı ərazi bütövlüyünü təmin etdiyinə görə ittiham edirlər. Bu qədər riyakarlıq olarmı?. Təbii ki, bu riyakarlığın və ikiüzlülüyün təməlində azərbaycanofob və islamofob siyasət dayanır. Onlar Azərbaycanla bağlı bir qərar qəbul etməzdən əvvəl  ilk növbədə özlərinin qanlı və ləkəli tarixlərinə baxsınlar. Azərbaycan heç bir dairənin qarşısında baş əyməyəcəkdir. Dövlətimiz  öz ərazilərinin suverenliyini bərpa etdiyi kimi onu  qoruyub saxlamaq da iqtidarındadır. Kim bizim uğurlarımıza sevinuib qəbul edirsə, onlar dostlarımızıdır. Kimlər uğurlarımza məyusdurlarsa və Ermənistanı yenidən revanşızmə hazırlayırlarsa onlar bizə dost ola bilməzlər.  Azərbaycan heç kimin qarşısında baş əyməyərək müstəqil siyasət yürüdür. Xalq-iqtidar birliyi ölkəmizi daha da güclü və inkişaf etdirəcək . Heç kimin uğurlarımıza kölgə salmağna imkan verilməyəcək. Xalqımız qələbə ruhunu yaşayır və bundan sonra da bu ruhda yaşamqda davam edəcəkdir. Riyakar dairələr isə kənardan bizim uğurlarımızı görüb ancaq əzab çəkəcəklər.

Şəmsiyyə Əliqızı, “İki sahil”