06 oktyabr 2024 15:32
99

Naxçıvanda növbəti “tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Tullantıları dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında növbəti aksiya keçirilib.

“İki sahil” xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 2 ünvanında yerləşən “Bolmart” supermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu 145 litr olan plastik, 22 litr olan şüşə butulka və 59 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər. Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi polietilen torbalar əvəzinə ekoçantalardan istifadəyə etməyə çağırır.