07 oktyabr 2024 00:23
326

Güllə atıcımız Peruda bürünc medal qazanıb

Azərbaycanın güllə atıcısı Sofiya Barxalova Perunun Lima şəhərində keçirilən gənclər arasında dünya çempionatının bürünc medalını qazanıb.

“İki sahil” xəbər verir ki, qızlar arasında 50 metr məsafəyə atəş açmada idmançımız 535 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.