16 oktyabr 2026 11:24
112

Fuad Həsənov U23 və gənclərin Avropa birinciliyində 3 medal qazanıb

 

Atletimiz Fuad Həsənov Albaniyanın Dürres şəhərində keçirilən U23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb. 70 kq çəki dərəcəsində çıxış edən Həsənov birdən qaldırma hərəkətində 134 kq ağırlığın öhdəsindən gələrək ikinci olub. Təkanla qaldırma növündə Fuad 162 kq çəkini başı üzərinə qaldıraraq üçüncü olub. Beləliklə 2 hərəkətin cəmində 296 kq nəticəyə imza atmış atletimiz Avropa birinciliyinin gümüş medalına yiyələnib.

Təbrik edirik!