07 oktyabr 2024 14:15
390

Səfir: Qazaxıstan COP29 tədbirində fəal iştirak edəcək

"Qazaxıstan, 2030-cu ilədək istixana qazlarının ifrazının 15%-dək azaldılması kimi qəti məqsəd qoyub, ən yaxşı halda isə, beynəlxalq maliyyə institutlarının dəstəyi olacağı təqdirdə ifrazının 2030-cu ilədək 25%-dək azaldılması gözlənilir".

“İki sahil” xəbər verir ki, bunu ADA Universitetində COP29 çərçivəsində kənd təsərrüfatı və su resurslarının idarə edilməsində davamlılıq və yenilikçilik” mövzusunda beynəlxalq simpozium zamanı Qazaxıstanın iqlim təşəbbüslərinin təqdim edən bu ölkənin Azərbaycandakı səfiri Alim Bayel bildirib.

O, vurğulayıb ki, Qazaxıstan iqlimlə bağlı beynəlxalq sazişlər çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzərində işləyir.

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 mövzusuna toxunan A. Bayel Qazaxıstanın sözügedən tədbirinin məhsuldar keçməsi üçün fəal iştirak edəcəyini bildirib.