Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Bakıda keçiriləcək Pre-COP29-da bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyinin artırılmasına dair hesabat dərc etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə agentliyin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.
“BƏƏ-də əldə edilmiş konsensusun enerji məqsədlərinə nail olunması istiqamətində irəliləyişləri izləmək vəzifəsinin həvalə olunduğu mühafiz kimi IRENA və tərəfdaşları gələn həftə Bakıda keçiriləcək Pre-COP29-da bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalının üç dəfə artırılması və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətində irəliləyişə dair rəsmi hesabat təqdim edəcəklər”, - məlumatda bildirilib.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək