07 oktyabr 2024 16:17
314

İngiltərə klubu hücumçusu ilə müqavilə müddətini uzadıb

İngiltərənin "Aston Villa" klubu hücumçusu Con Duranla müqavilə müddətini uzadıb.

"İki sahil" kluba istinadən xəbər verir ki, futbolçu ilə yeni müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

20 yaşlı kolumbiyalı 2023-cü ilin əvvəlində, təxminən 16 milyon avroya ABŞ təmsilçisi "Çikaqo"dan transfer olunub.

Qeyd edək ki, "Aston Villa"nın bombardiri bu mövsüm bütün yarışlarda meydana çıxdığı 10 matçda 6 qol vurub.