08 oktyabr 2024 17:33
335

"Mançester Yunayted"in futbolçusu bir neçə həftə meydana çıxa bilməyəcək

İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Harri Maquayr zədə səbəbindən bir neçə həftə meydana çıxa bilməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabında bildirib.

Premyer Liqasının VII turunda "Astan Villa" ilə keçirilən matçda sol ayaq əzələsindən zədələnən 31 yaşlı oyunçu 1 aya yaxın futboldan uzaq qalacaq.

Qeyd edək ki, "Aston Villa" - "Mançester Yunayted" qarşılaşması 0:0 hesabı ilə başa çatıb.