09 oktyabr 2024 10:57
328

Voleybol üzrə Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib

Voleybol üzrə qadınlar və kişilər arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunacaq ölkə kuboku və 2024-2025-ci illər mövsümü üzrə Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, mərasimdə Azərbaycan Voleybol Federasiyasının Prezidenti Şahin Bağırov, virse-prezident Faiq Qarayev, Bəhruz Quliyev, baş katibi Faiq Orucov iştirak edib.

Püşkatmada qrupların tərkibi müəyyənləşib.

Qadınlar

A qrupu

"Gəncə"
"Yunek"
"Azərreyl"

B qrupu

"Abşeron"
"Milli aviasiya"
"Murov Azterminal"

Kişilər

A qrupu
"Gənclər"
"Azərreyl"
"Neftçi"

B qrupu

"Murov Azterminal"
MOİK
"Xilasedici"