Pakistan Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq.
“İki sahil” xəbər verir ki, bu sözləri Pakistan Senatının sədri Yusif Rza Gilani Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov ilə görüşü zamanı söyləyib. O, iki ölkə arasında mədəni və dini əlaqələrə əsaslanan qardaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, ticarət dövriyyəsinin son illər ardıcıl olaraq artdığını bildirib.

Yusif Rza Gilani parlamentlər səviyyəsində mütəmadi şəkildə ikitərəfli mübadilələrin aparılmasının əhəmiyyətindən danışıb.
Görüşdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov iki ölkə arasında müxtəlif sektorlarda əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb. O, Pakistanın Azərbaycan üçün mühüm ölkə olduğunu və ölkəmizin Pakistanla əlaqələrini daha da genişləndirməkdə maraqlı olduğunu ifadə edib.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək