09 oktyabr 2024 12:34
349

Şimali İrlandiya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

“İki sahil” AFFA-nın mətbuat xidmərinə istinadla xəbər verir ki, matçı Farer adalarından olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Heini Ziskason Vidoy olacaq. Ona Dan Petur Pauli Hoyqaard və Yan Hermansen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Byarki Danielsen yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Ballimena şəhərində yerləşən “Şouqraunds” stadionunda gerçəkləşəcək.