10 oktyabr 2024 00:29
435

Depressiya yoluxucu ola bilər

"Rossiya I" telekanalının "Ən vacibi haqqında" sağlamlıq proqramında doktor Aleksandr Myasnikov depressiya kimi bir xəstəliyin yoluxucu olub-olmaması ilə bağlı suala cavab verib.

Onun sözlərinə görə, son elmi araşdırmalar göstərir ki, depressiya əslində başqaları arasında müəyyən davranışlara səbəb olur və depressiv atmosfer yaradır. Bu, həm xəstənin özünə, həm də yaxınlarına təsir edir, vəziyyətin kəskinləşməsinə səbəb olur.

Müzakirələr zamanı həkim etiraf edib ki, sağlam psixikaya malik mənəvi cəhətdən sabit insanlar başqasının depressiyasından təsirlənməyə bilərlər.

Nubar Süleymanova, “İki sahil”