Rusiyalı həkimlər Moskva vilayəti sakininin ayağından yarım metrlik qan laxtası çıxarıblar.
Kolomna cərrahları 64 yaşlı yerli sakinin ayağından 50 santimetrlik qan laxtasını çıxararaq ölümdən xilas ediblər. O, əzalarının uyuşması və halsızlığından şikayət edərək həkimlərə müraciət edibmiş.
Moskva vilayətinin Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, həkimlər diaqnostika aparıb və ayağın bud nahiyəsində qan laxtası aşkar ediblər. Kişi barmağının ucunda nekrozu hiss etməyə başlayıbmış. Bu isə amputasiya və ya ölümlə nəticələnə bilərdi.
"Sol qasıq nahiyəsində kəsik vasitəsilə həkimlər arteriyanın qan laxtasının başlanğıcı olan hissəsini tapdılar və onu xüsusi kateterlə çıxardılar", -deyə Kolomna Xəstəxanasının Regional Damar Mərkəzinin rəhbəri Viktor Qriqoryev bildirib.
Əməliyyat nəticəsində xəstəni xilas etmək mümkün olub və ayağın qanla təchizatı bərpa olunub.
Nubar Süleymanova, “İki sahil”