10 oktyabr 2024 08:37
283

Yunanıstan milli komandasının müdafiəçisinin meyiti evinin hovuzunda tapılıb

Yunanıstan milli futbol komandasının müdafiəçisi Corc Baldok 32 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki,  bu barədə yerli “Sport 24” portalı məlumat yayıb. Məlumata görə, futbolçunun meyiti evinin hovuzunda tapılıb. Boldok cari mövsümdən Yunanıstanın "Panatinaykos" klubunda çıxış edib. Daha əvvəl İngiltərənin "Şeffild Yunayted", "Oksford", "Tamuort", "Northampton", "Milton Kins dons" və İslandiyanın "Vestmannaeyyar" klublarında oynayıb.

O, Yunanıstan millisinin heyətində futbolçu 12 oyun keçirib.