10 oktyabr 2024 10:20
294

Alvaro Morata psixoloji problemlərlə üzləşib

İspaniya millisinin hücumçusu Alvaro Morata İtaliya təmsilçisi "Milan"a keçiddən öncə psixoloji problemlərlə üzləşib.

“İki sahil” “Cope”yə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu İspaniyanı tərk etmək məcburiyyətində qalıb. İspaniyada oynadığı müddətdə xeyli tənqidlərə məruz qalan hücumçu depressiyaya düşdüyünü söyləyib: “Həqiqətən çətin anlarınız, depressiya, panik atak yaşadıqda həyat şəraitinizə və hansı işi görməyinizə baxmayaraq, hər gün və hər gecə daxilinizdə başqa bir insanla mübarizə aparmalı olursunuz”.

Karyerası ərzində "Real”, “Atletiko” (hər ikisi İspanya), "Yuventus" (İtaliya) və "Çelsi" (İngiltərə) kimi klublarda çıxış etmiş ön xətt oyunçusu 2024-cü ilin yayında "Milan"a transfer olunub.

Qeyd edək ki, A.Morata İspaniya yığmasının heyətində meydana çıxdığı 59 oyunda 27 qol vurub.