Prezident İlham Əliyev - müzəffər ordumuzun Ali Baş Komandanı Qarabağımıza qalib sərkərdə kimi qədəm qoyub, Prezident Füzuli şəhərində çıxışı zamanı deyib ki, biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva cəbhə bölgəsinə səfərləri zamanı yerli əhali tərəfindən böyük sevinc və coşqu ilə qarşılanırlar. 44 günlük müharibənin gedişində Azərbaycan özünün şanlı qələbəsini qazandı: Bizim ərazi bütövlüyümüz bərpa olundu. Yadınızdadırsa, Cocuq Mərcanlı da işğaldan azad edilərkən Prezident oraya səfər edib demişdir ki, bunun çox böyük rəmzi mənası var. Bildirmişdi ki, bu gün Cocuq Mərcanlı azaddırsa, sabah biz başqa ərazilərimizi də azad edəcəyik. Doğrudan da belə oldu. Cənab Prezidentin bu səfərində diqqəti cəlb edən məqamlardan biri Xudafərin körpüsünü ziyarət etməsi oldu. Bunun da tarixi əhəmiyyəti var. Çünki 30 ilə yaxındır ki, tariximizin ən böyük parçası sayılan Xudafərin körpüsü işğal altındaydı. Həmin səfərdə Prezident bütün dünyanı ermənilərin həmin ərazilərdə hansı hərbi cinayətlərə imza atdıqlarını əyani nümayiş etdirdi.
Füzuli və Cəbrayılın işğal zamanı məruz qaldığı erməni vandalizmini ölkə başçısı özü birbaşa xalqa göstərdi. Şübhəsiz, bu ərazilər yenidən bərpa edilir və əvvəlkindən də yaxşı olacaq. Lakin Ermənistan vurulan ziyana görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. İşğaldan azad edilmiş digər rayonlarımız kimi Fizuli rayonu da, ən çox dağıntılara məruz qalmış rayondur.
44 günlük tarixi müharibə Azərbaycan Respublikasının qələbəsi ilə başa çatdı:
“Bu qələbənin 3 mühüm faktoru var.
1. Uğurlu qərarları və nəticəli əmrləri ilə sevilən Ali Baş Komandan İlham Əliyev.
2. Məğrur, qüdrətli, cəfakeş və Prezidentinə sadiq Azərbaycan xalqı.
3. Ölkə başçısının illərdir hazırladığı dünyanın ən qütrətli ordularından sayılan Azərbaycan Ordusu.
Bu səfərdə xalqın ölkə rəhbərinə olan çox böyük sevgisi və məhəbbəti bir daha üzə çıxdı. Bizi güclü edən budur. Azərbaycanın qələbəsini şərtləndirən mühüm amillərdən biri vətəndaş həmrəyliyinə nail olmağımızdır. Bir xalq öz Prezidentinə belə məhəbbət bəsləyirsə, həmin ölkə başçısı ən böyük xariqələri yaratmağa qadir olur.
Bu reallıq 10 noyabr tarixində Ermənistan baş nazirinin kapitulyasiya aktını qəbul etməyə məcbur etdi. Bu tarixi qələbədən sonra ölkə başçısının ilk səfərini işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına etməsi tam məntiqli idi. Ölkə başçısının ilk səfərini işğaldan azad edilən torpaqlara etməsi bir daha onu göstərdi ki, cənab Prezidentin bütün siyasətinin fəlsəfəsi, mahiyyəti bu torpaqların işğaldan azad edilməsi idi.
Diqqətdən yayınmayan bir nüans da odur ki, ölkə başçısı özü ermənilərin nə qədər vandal, barbar hərəkətlərə yol verdiyi ilə bağlı fikirlər səsləndirdi. Diqqət etsəniz, cənab Prezident özü də göstərdiyi yerlərdə bircə sağlam ev, infrastruktur qalmamışdı. Lakin şübhəsiz, işğaldan azad edilən torpaqlarımız yenidən sürətlə bərpa edilir, vətəndaşlarımız öz yurd-yuvalarına qayıdacaqdır.
Bu səfərlər həm də onu göstərdi ki, xalq öz Prezidentini necə sevgi ilə qarşılayır. Bu gün xalqın qəlbində öz Prezidentinə böyük bir sevgisi var.
Yaşasın müzəffər Azərbaycan ordusu və onun Ali Baş Komandanı cənab İlham Əliyev!
Hasil Bağışov,
YAP Masallı rayon təşkilatının üzvü